Bank Of Baku

Avropa Şurasının baş katibi Torbyörn Yaqland və AŞ Nazirlər Komitəsinə sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu birgə bəyanat veriblər

Avropa Şurasının baş katibi Torbyörn Yaqland və AŞ Nazirlər Komitəsinə sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu birgə bəyanat veriblər
# 10 dekabr 2010 11:01 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Avropa Şurasının baş katibi Torbyörn Yaqland və Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 10 dekabr - İnsan Hüquqları Günü ilə bağlı yaydıqları birgə bəyanatda deyiblər.

Bəyanatda xatırladılır ki, 2010-cu il Avropa İnsan Hüquqları Konvensiyasının yaranmasının 60-cı ildönümüdür: “Eyni zamanda bu il Konvensiyanın insan hüquqları və fundamental azadlıqların müdafiəsi sahəsində möhkəmlənməsi və onun vahid mexanizminin inkişafı ilə də yadda qalıb. Bu baxımdan, Avropa İnsan Hüquqları Məhkəməsində islahatlar da həyata keçirilməkdədir. Paralel olaraq Avropa İttifaqının 48-ci tərəf qismində Avropa İnsan Hüquqları Konvensiyasına üzv olmasına dair danışıqlar davam etdirilir və bu danışıqların 2011-ci ilin ilk yarısında başa çatacağına ümüd etmək lazımdır. Bundan başqa, bütün Avropa qitəsində demokratiya, insan hüquqları və hüquqi dövlət quruculuğu istiqamətində yeni və geniş bir əməkdaşlıq və qarşılıqlı dialoq mühiti yaradılacaq. Bununla yanaşı, Avropa hələ də yeni çətinliklərlə üzləşir. Bu da əsasən fərqli mədəni və dini köklərə malik olmaqla, birgə yaşamamız üçün düzgün inteqrasiya yollarının axtarılıb tapılmasının vacibliyindən irəli gəlir. Bu məsələdə fundamental dəyərlərimizə və insan hüquqlarına hörmətə tam təminat verməli, ayrı-seçkilik, qeyri-tolerantlıq kimi anlayışların yayılmasının qarşısını almalıyıq. Avropa Şurası üçün bu bir siyasi zərurət, mənəvi bir tələb və qanuni bir öhdəlikdir“.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR