Bank Of Baku

Stokholmda Nobel mükafatları təqdim olunub

Stokholmda Nobel mükafatları təqdim olunub
# 10 dekabr 2010 20:21 (UTC +04:00)
Bakı-APA. İsveç kralı Karl XVI Qustav bu gün Stokholm filarmoniyasının zalında 2010-cu ilə üçün tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat sahələrində Nobel mükafatlarını təqdim edib.

Mükafatın 9 laureatı monarxın əlindən diplom və qızıl medal alıblar.

Fiziologiya və tibb sahəsində laureat olmuş britaniyalı tədqiqatçı Robert Edvards sağlamlığı ilə bağlı problemlərə görə Stokholma gələ bilməyib. Onun əvəzinə mükafatı həyat yoldaşı Rut alıb.

Fizika sahəsində Nobel mükafatına Andrey Geym (Niderland) və Konstantin Novoselov (Rusiya, Böyük Britaniya) dünyanın ən möhkəm və zərif maddəsinin –qrafenin icadına görə layiq görülüblər.

Sənaye istehsalında geniş istifadə olunan yeni katalizator reaksiyalarının tədqiqə görə kimya sahəsində mükafatı Riçard Hek (ABŞ), Eyiti Negisi və Akira Sudzukiyə (Yaponiya) qazanıblar.

Perulu yazıçı Mario Varqas Lyosa ədəbiyyat sahəsində bu mükafata layiq görülmüş Latın Amerikasının dördüncü nümayəndəsi olub.

Amerikalılar Piter Daymond, Deyl Mortensen və Kristofer Pissarides (Böyük Britaniya, Kipr) «tərəflərin bir-birini çətinliklə tapdıqları bazarlar nəzəriyyəsini» işlədiklərinə görə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülüblər.

Qeyd edək ki, 2010-cu ildə sülh sahəsində Nobel mükafatına çinli dissident Lyü Syaobo layiq görülüb.

1901-ci ildən başlayaraq fizika sahəsində Nobel mükafatları 104, kimya üzrə 101, ədəbiyyat sahəsində 103, sülh sahəsində 91, iqtisadiyyat üzrə (1968-ci ildən) 42 dəfə təqdim olunub. Ümumilikdə 813 nəfər Nobel mükafatının laureatı olublar. Onlardan 40 nəfəri qadındır.

Tarixdə ən gənc Nobel mükafatı laureatı avstraliyalı fizik Lorens Breq olub. O 1915-ci ildə 25 yaşında mükafatı atası ilə bir yerdə alıb. Ən yaşlı mükafatçı 2007-ci ildə 90 yaşında iqtisadiyyat üzrə mükafatı almış Leonid Qurvits olub.

Yalnız 4 nəfər Nobel mükafatına 2 dəfə layiq görülüblər: Mariya Sklodovskaya-Kyüri (1903 - fizika, 1911 - kimya), Laynus Polinq (1954 - kimya, 1962 – sülh mükafatı), Con Bardin (1956, 1972 – fizika), Frederik Senger (1958, 1980 – kimya).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR