Bank Of Baku

Avstriyada Xorvatiyanın keçmiş baş naziri həbs olunub

Avstriyada Xorvatiyanın keçmiş baş naziri həbs olunub
# 11 dekabr 2010 00:38 (UTC +04:00)
Bakı-APA. Avstriya polisi Zalsburqda Xorvatiyanın keçmiş baş naziri İvo Sanaderi həbs edib.

Sanader hazırda Xorvatiya parlamentinin müstəqil deputatıdır. Dekabrın 9-da parlament prokurorluğun tələbi ilə onun deputat toxunulmazlığının ləğv olunması barədə qərar qəbul edib. Lakin Sanader bundan bir gün əvvəl ölkədən çıxa bilib. Dekabrın 9-da Xorvatiya prokurorluğu onun həbsi üçün beynəlxalq order verib.

Sanader vəzifədən sui-istifadə etməkdə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR