Bank Of Baku

Avstriyanın radikal sağçıları türk səfirin ölkədən çıxarılması üçün kampaniyaya başlayıblar

Avstriyanın radikal sağçıları türk səfirin ölkədən çıxarılması üçün kampaniyaya başlayıblar
# 11 dekabr 2010 04:24 (UTC +04:00)
Bakı-APA. Avstriya parlamentində təmsil olunan 2 radikal sağçı partiyadan biri olan Avstriyanın Gələcəyi Naminə Birlik Partiyası, Türkiyənin Vyana səfiri Qədri Ecvet Tezcanın ölkədən göndərilməsi üçün imza kampaniyasına başlayıb. Partiya 10 gün əvvəl xarici işlər naziri Mixael Spindeleqqerə bir ultimatum göndərmiş və Tezcanın “persona non qrata” elan edilməməyi halında bu kampaniyanı başladacaqlarını bildirmişdi.

Partiyanın mətbuat katibi Evald Stadler və baş katibi Kristian Ebner keçirdikləri mətbuat konfransında çağırışlarının göz ardına vurulmasının ardından bu kampaniyanı başlatdıqlarını, siyasətçilərin üzərlərinə düşən işi görməyəcəkləri halda xalqın təşəbbüsü ələ alacağını bəyan ediblər. Kampaniyanın bir internet saytı vasitəsilə həyata keçiriləcəyi və toplanan imzaların Parlament Təhqiqat Komissiyasına təqdim olunacağını bildiriblər.

Xarici işlər naziri Mixael Spindeleqqer 10 gün əvvəl verdiyi açıqlamada hadisənin bitdiyini bildirib. O qeyd edib ki, türk diplomat daha əvvəl işlətdiyi ifadələrin Türkiyə hökumətinin mövqeyi olmadığına zəmanət verib. Səfir Ecvet Tezcan yerli Die Presse qəzetinə verdiyi açıqlamada Avstriyanın daxili işlər nazirliyinin mühacirlərlə bağlı siyasətini sərt tənqid edib.

Xatırladaq ki, Qədri Ecvet Tezcan 1998-2001-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR