Bank Of Baku

ATƏT-in 2011-ci il büdcəsi təsdiqlənib

ATƏT-in 2011-ci il büdcəsi təsdiqlənib
# 24 dekabr 2010 07:58 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Daimi Şurası təşkilatın 2011-ci il üçün büdcəsini təsdiqləyib. APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, ümumi büdcə 150 milyon 764 min 700 avro həcmindədir. Ümumi büdcədən ATƏT katibliyi və idarələri, eləcə də qurumun regional strukturlarının fəaliyyəti maliyyələşdiriləcək.

Daimi Şuranın sədri Kayrat Abdrahmanov bildirib ki, büdcənin vaxtında razılaşdırılması üzv ölkələrin ATƏT-in effektivliyinin artırılması, operativliyi və şəffaflığına, eləcə də dialoq və əməkdaşlığa olan bağlılığını göstərir.

Xatırladaq ki, 2011-ci il yanvarın 1-dən etibarən təşkilatda sədrlik Qazaxıstandan Litvaya keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR