Bank Of Baku

Avropada növbəti nəqliyyat xaosu

Avropada növbəti nəqliyyat xaosu
# 26 dekabr 2010 00:45 (UTC +04:00)
Bakı-APA. Fransa, Belçika, Almaniya və Hollandiyada yenidən qar yağdığı üçün təyyarələr uça bilməyib və iki min yolçu Parisin Şarl de Qoll aeropotunda qalıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Şarl de Qoll aeroportunda uçuşların yarısı əsasən buzu əridən maye çatışmadığı üçün ləğv olunub.

Belçikada polis sürücülərə evdə qalmağı məsləhət görüb. Almaniya boyunca yüzlərlə yol qəzası qeydə alınıb.

İtaliyanın şimalında, Venesiyada isə güclü yağışlar böyük daşqınlara səbəb olub.

Danimarka hakimiyyəti deyir ki, onlar Baltikadakı Bornholm adasında qar uçqunlarının bağladığı yolları təmizləməyə ara veriblər. 3 adamın itkin düşdüyü bildirilir. Polis bir daha insanlara müraciət edərək evdə qalmağı məsləhət görüb.

Yüzlərlə turist gecəni ordu baraklarında və idman zallarında keçirib. Onların çoxu güman ki, Milad bayramınadək evlərinə çatmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR