Bank Of Baku

Uattaranın tərəfdarları Kot-d’İvuarın Parisdəki səfirliyini ələ keçiriblər

Uattaranın tərəfdarları Kot-d’İvuarın Parisdəki səfirliyini ələ keçiriblər
# 27 dekabr 2010 22:26 (UTC +04:00)
Bakı-APA. Kot-d’İvuarın seçilmiş prezidenti Alassan Uattaranın tərəfdarları ölkənin Parisdəki səfirliyini ələ keçiriblər. Onlar Uattaranın təyin edəcəyi səfir gələnədək səfirliyi tərk etməyəcəklərini bildirirlər.

Fransa XİN isə Alassan Uattaranın bu ölkəyə səfir təyin etməsini diqqətə aldığını bildirib. XİN bəyan edib ki, yeni səfirin təyin olunması barədə qərar Kot-d’İvuarın qanuni hökuməti tərəfindən qəbul edilib.

Qeyd edək ki, Kot-d’İvuarda keçirilmiş prezident seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası müxalifətçi Alassan Uattaranın qalib gəldiyini elan etsə də, keçmiş prezident Loran Qbaqbo hakimiyyəti ona təhvil verməkdən imtina edərək özünü qalib elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR