Bank Of Baku

Danimarkanın kəşfiyyat xidməti terror hücumu hazırlayan 4 nəfəri həbs edib

Danimarkanın kəşfiyyat xidməti terror hücumu hazırlayan 4 nəfəri həbs edib
# 30 dekabr 2010 00:52 (UTC +04:00)
Bakı-APA. Danimarkanın kəşfiyyat agentliyi Məhəmməd peyğəmbərin karikaturasını dərc etdirən Jyllands-Posten qəzetinin əleyhinə terror hücum hazırlayan dörd nəfəri həbs etdiyini bildirib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Agentliyin rəhbəri Yakob Şarf şübhəlilərdən bəzilərini islamçı yaraqlılar kimi təsvir edib. Onun sözlərinə görə qrup nəşriyyat binasına daxil olaraq mümkün qədər çox insan öldürməyi planlaşdırıb. Rəsmilər həbsə alınanlardan üç nəfərin qonşu İsveçin sakinləri olduğunu qeyd ediblər. Jyllands-Posten-in bir neçə il əvvəl Məhəmməd peyğəmbərin karikaturasını dərcс etməsi dünya müsəlmanlarının etirazlarına səbəb olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR