Bank Of Baku

Soyuqlar Şimali İrlandiyada su qıtlığına səbəb olub

Soyuqlar Şimali İrlandiyada su qıtlığına səbəb olub
# 30 dekabr 2010 02:46 (UTC +04:00)
Bakı-APA. Avropanı bürüyən soyuqlar Şimali İrlandiyada əhalinin indiyədək qarşılaşmadığı bir problemi ortaya çıxarıb.

Qar yağması və şaxta səbəbilə su boruları partlayıb, on minlərlə insan susuz qalıb.

Paytaxt Belfastda 40 min evə, 77 qəsəbəyə su verilmir.

Əhali səyyar su çənlərindən su doldurur. Çənlərin qarşısında isə böyük növbələr yaranır.

Şimali İrlandiya hökuməti, birinci olaraq xəstəxanaların su ehtiyacını təmin etmək üçün alternativ həll yolları axtarır. Şotlandiya Şimali İrlandiyaya su göndərə biləcəyini açıqlayıb.

Mənfi 17 dərəcəyədək düşən hava temperaturu nəqliyyat və rabitənin də işinə əngəl yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR