Bank Of Baku

Yanvarın 1-dən QDİƏT-ə Rumıniya sədrlik edəcək

Yanvarın 1-dən QDİƏT-ə Rumıniya sədrlik edəcək
# 30 dekabr 2010 09:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Yanvarın 1-dən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Rumıniyaya keçəcək. APA-nın Rumıniya XİN-ə istinadən yaydığı məlumata görə, altı ay ərzində quruma sədrlik edəcək ölkənin əsas prioritetləri təşkilat çərçivəsində iqtisadi əməkdaşlığın aktivləşdirilməsi, daxili işlər, xüsusilə mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi olacaq. Xatırladaq ki, Rumıniya quruma sədrliyi Yunanıstandan təhvil alacaq. QDİƏT-də 12 dövlət, o cümlədən Azərbaycan təmsil olunur. Bu təşkilat 1992-ci ilin mayında təsis olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR