Bank Of Baku

Macarıstan Avropa Birliyinə sədrliyi dövründəki prioritetlərini açıqlayıb

Macarıstan Avropa Birliyinə sədrliyi dövründəki prioritetlərini açıqlayıb
# 05 yanvar 2011 09:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Macarıstan Avropa Birliyinə sədrliyi dövründəki prioritetlərini açıqlayıb. APA-nın xəbərinə görə, Macarıstanın prioritetləri arasında qonşuluq siyasətinin şərq istiqamətinin gücləndirilməsi və “Şərq tərəfdaşlığı” proqramının həyata keçirilməsinə dəstək verilməsi önəmli yer tutur. Bu məqsədlə may ayında Budapeştdə “Şərq tərəfdaşlığı” sammitinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Avropa Birliyində sədrlik rotasiya qaydasında Belçikadan Macarıstana keçib. 2004-cü ildə AB-yə qəbul olunan Macarıstan ilk dəfə bu quruma sədrlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR