Bank Of Baku

Böyük Britaniya ekstremizmlə mübarizədə Pakistana kömək etməyə davam edəcək

Böyük Britaniya ekstremizmlə mübarizədə Pakistana kömək etməyə davam edəcək
# 05 yanvar 2011 19:39 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniya Pakistanın Pəncab əyalətinin qubernatoru Salman Tasirin qətlindən şokdadır və bölgədə vəziyyətin sabitləşməsi üçün səylərini davam etdirəcək. APA-nın məlumatına görə, bu barədə Britaniyanın xarici işlər naziri Uilyam Heyq Sky News telekanalına bildirib.

Qubernator Tasir Pakistanın paytaxtı İslamabadda yanvarın 4-ü öldürülüb. Onu öz mühafizəçisi, xüsusi təyinatlı bölmənin döyüşçüsü qətlə yetirib. Qatil hadisə yerində tutulub. Tasir hakim Pakistan Xalqının partiyasında nüfuzlu fiqurlardan biri olmaqla yanaşı, liberal siyasətçi olub. O həmişə dini fanatizmin əleyhinə çıxış edib.

Britaniyanın xarici işlər nazirinin sözlərinə görə, Pakistan iqtidarı bu qətllə ciddi itki verib.

«Biz zorakılıq və ekstremizmlə mübarizədə Pakistan iqtidarı ilə əməkdaşlığa davam edəcəyik», deyə Heyq bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR