Latviyada fövqəladə vəziyyət elan edilib

Latviyada fövqəladə vəziyyət elan edilib
# 07 yanvar 2011 10:22 (UTC +04:00)
Bakı – APA. Latviya hökuməti güclü qar və buzlanma səbəbiylə elektrik enerjisinin nəqlində yaranan fasilələrlə əlaqədar ölkənin 40 rayonunda fövqəladə vəziyyət elan edib. APA-nın “NovoNews”a istinadən verdiyi məlumata görə, dekabrın 24-dən bəri ölkədə qar yağır. Hazırda 14 min ev təsərrüfatı işıqsız qalıb. Bir çox elektrik xətti sıradan çıxıb. Sinoptiklər yaxın günlərdə sulu qar və yağış yağacağını proqnozlaşdırır. Bu isə ölkənin digər yerlərində də vəziyyəti pisləşdirə bilər. Latviya enerji şirkəti “Latvenergo” Litva və Estoniyadakı həmkarlarından kömək istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR