Bank Of Baku

25 ölkənin lideri Parisdə Ukraynaya dəstəyi müzakirə edəcək

25 ölkənin lideri Parisdə Ukraynaya dəstəyi müzakirə edəcək
# 13 iyul 2026 01:02 (UTC +04:00)

İyulun 13-də Parisdə "İstəklilər Koalisiyası"nın növbəti iclası keçiriləcək.

APA xəbər verir ki, görüşdə Ukrayna prezidenti Volodimir Zelenski, NATO-nun baş katibi Mark Rutte, eləcə də 25 ölkənin dövlət və hökumət başçıları iştirak edəcəklər.

Müzakirələrin əsas mövzuları Ukraynaya hərbi və maliyyə yardımının davam etdirilməsi, Rusiyaya qarşı əlavə təzyiq tədbirləri, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi, həmçinin Ukraynaya uzunmüddətli təhlükəsizlik təminatlarının gücləndirilməsi olacaq.

Liderlər Ukraynaya dəstəyin koordinasiyasını və gələcək birgə addımları da nəzərdən keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR