Böyük Britaniyada son sutkada 2621 koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
APA Reuters-ə istinadən xəbər verir ki, ötən günlə müqayisədə ölkədə yoluxma hadisəsində azalma müşahidə edilib.
Bazar günü 3330 nəfərdə yoluxma aşkarlanmışdı. Lakin həftəsonu göstəriciləri hesabatdakı gecikmələr səbəbindən tez-tez daha aşağı olur.
Qeyd edək ki, krallıqda koronavirusdan ölüm sayı 41628-ə yüksəlib.