ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
# 18 aprel 2024 19:40 (UTC +04:00)

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin Ofisi yayıb.

Bildirilib ki, gürcü nazir Lui Bononu Gürcüstanda həyata keçirilən sosial-iqtisadi təşəbbüslər və barışıq siyasəti barəsində məlumatlandırıb.

Nazir Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə ABŞ-yə təşəkkür edib.

“Tərəflər yaxından əməkdaşlığı davam etdirməkdə razılaşıblar”, – məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR