Bank Of Baku

ABŞ səfiri Qaribaşvilinin Çinə səfərinə münasibət bildirib

ABŞ səfiri Qaribaşvilinin Çinə səfərinə münasibət bildirib
# 31 iyul 2023 14:02 (UTC +04:00)

ABŞ-ın Gürcüstandakı səfirliyi Baş nazir İrakli Qaribaşvilinin Çinə səfəri çərçivəsində Pekinlə Tbilisi arasında strateji tərəfdaşlıq əlaqələrinin əsasının qoyulmasına münasibət bildirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, səfir Kelli Deqnan Çinlə necə əlaqələr qurmaq istəməsinin Gürcüstan hökumətinin öz seçimi olduğunu deyib.

Səfir əlavə edib ki, bir sıra ölkələr bir neçə ildən sonra Çinin “bir kəmər, bir yol” təşəbbüsünün faydalı olmadığını gördükdən sonra ondan uzaqlaşırlar.

“Görünür səfər Gürcüstan üçün vacib olub, Gürcüstan öz tərəfdaşlarının kim olması seçimini özü edir. ABŞ ötən illərdə olduğu kimi Gürcüstanın güclü dəstəkçisi olaraq qalır”, - amerikalı diplomat deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR