Bank Of Baku

ABŞ Ukraynaya 20 milyard dollar yardım edib

ABŞ Ukraynaya 20 milyard dollar yardım edib
# 01 avqust 2023 02:40 (UTC +04:00)

2022-ci ilin fevralından bəri ABŞ Ukraynaya birbaşa büdcə dəstəyi olaraq 20 milyard dollardan çox vəsait ayırıb.

APA xəbər verir ki, bunu ABŞ-ın Kiyevdəki səfiri Bridcet Brink deyib.

O, belə bir bəyanatla Vaşinqtondan Ukraynaya 1,25 milyard dollar məbləğində daha bir yardım zamanı çıxışında bildirirb.

"Bugünkü 1,25 milyard dollarlıq ödənişlə yardım 20 milyard dollara çatıb. Bu, Ukraynaya müəllimlərin, tibb işçilərinin və fövqəladə hallar işçilərinin maaşlarını ödəməklə həyat xilasedici xidmətləri göstərməyə davam etməyə imkan verir", - deyə qeyd edib.

Ukrayna hökuməti də öz növbəsində qeyd edib ki, pul “Dünya Bankının bir çox donorları” trast fondu vasitəsilə alınıb. Nazirlər Kabineti bu maliyyə yardımının geri qaytarılmadığını da vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR