Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ABŞ-a səfəri zamanı Pentaqon rəhbəri Lloyd Ostinlə İranın Rusiyaya silah göndərməsini müzakirə edib.
APA xəbər verir ki, bu barədə The Daily Telegraph nəşri məlumat yayıb.
Qəzet yazır ki, nazirlər Ukraynadakı vəziyyəti müzakirə edib, Rusiyanın bu ölkədə İran istehsalı olan PUA-lardan istifadə etməsinə xüsusi diqqət yetiriblər.
***
18.26
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ABŞ-a təcili səfər edib.
APA Böyük Britaniya mətbuatına istinadən xəbər verir ki, britaniyalı nazir ABŞ-a səfəri çərçivəsində Ağ Ev və Pentaqonda Ukraynadakı təhlükəsizlik vəziyyəti, həmçinin nüvə hücumu təhdidi kimi məsələlərə dair müzakirələr aparacaq.
Ben Uollesın artıq Vaşinqtonda olduğu və iki ölkənin ortaq təhlükəsizlik narahatlıqlarına, həmçinin Ukraynadakı vəziyyətə dair müzakirələr apardığı bildirilib.