Bank Of Baku

ABŞ yaydan əvvəl İsveçi NATO-nun üzvü kimi görmək istəyir

ABŞ müdafiə naziri Llyod Ostin,  İsveç müdafiə naziri Pal Yonson

© APA | ABŞ müdafiə naziri Llyod Ostin, İsveç müdafiə naziri Pal Yonson

# 19 aprel 2023 14:52 (UTC +04:00)

"Biz İsveçi yaydan əvvəl NATO-nun üzvü kimш görmək istərdik".

APA "Svenska Dagbladet"ə istinadən xəbər verir ki, bunu İsveçdə səfərdə olan ABŞ müdafiə naziri Llyod Ostin isveçli həmkarı Pal Yonsonla görüşündə deyib.

"Biz İsveçin NATO-ya sürətlə daxil olması istiqamətində səylərimizi davam etdirməyi səbirsizliklə gözləyirik. Çalışacağıq ki, yaydan əvvəl bunu başa çatdıraq. Mən bunu çox vacib hesab edirəm. Tezliklə sizi müttəfiq çağıra biləcəyimizi səbirsizliklə gözləyirəm", - Lloyd Ostin əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR