Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktorunun adı oktyabrda məlum olacaq.
APA-nın xəbərinə görə, AEBA-nın “Twitter” səhifəsində bildirilib ki, oktyabrda Agentliyin baş direktor vəzifəsinə seçki keçiriləcək.
Baş direktor vəzifəsinə namizədlərin qeydiyyatı ilə bağlı müraciətlər sentyabrın 5-dək davam edəcək.
Baş direktor öz vəzifəsinin icrasına 2020-ci ilin yanvarın 1-dən başlayacaq.
Qeyd edək ki, AEBA-nın baş direktoru Yukiya Amano iyulun 22-si vəfat edib. AEBA-nın baş direktoru vəzifəsini Agentliyin baş koordinatoru, Rumıniyanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda sabiq daimi nümayəndəsi Kornel Ferutse icra edir.