Oktyabrın 17-də Ağ Ev 165 km mənzilli ATACMS raketlərinin Ukraynaya ötürülməsini təsdiqləyib.
APA-nın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Vatsonun bəyanatında deyilir.
“Bu yaxınlarda ABŞ Ukraynanı uçuş məsafəsi 165 km-ə qədər olan ATACMS ilə təmin etdi. İnanırıq ki, bu, döyüş hazırlığımızı riskə atmadan Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə artıracaq”, - bəyanatda deyilir.