Bank Of Baku

Aİ Şurası Jozep Borreli xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsinə təsdiq edib

Aİ Şurası Jozep Borreli  xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsinə təsdiq edib
# 05 avqust 2019 19:39 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurası İspaniyanın sabiq Xarici İşlər naziri Jozep Borreli Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsinə təsdiq edib.

APA-nın xəbərinə görə, bu barədə Aİ Şurasının iyulun 31-də qəbul edilən qərarında deyilir. 

“Avropa İttifaqı Şurası Jozep Borreli 2024-cü ilin oktyabrın 31-dək xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsinə təyin etmək qərarına gəlib", - qərarda deyilir. 

Qeyd edək ki, bu qərar texniki xarakter daşıyır, çünki J. Borrelin vəzifənin icrasına başlaması üçün sentyabrın sonu - oktyabrın əvvəli Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. 

Hazırda bu vəzifəni Federika Moqerini icra edir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR