Paşha Bank
Bank Of Baku

Aİ 2027-ci ildə Arktikada peyk müşahidə proqramına başlayacaq

Aİ 2027-ci ildə Arktikada peyk müşahidə proqramına başlayacaq
# 17 oktyabr 2026 03:34 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) 2027-ci ildə Arktikada quruda və dənizdə mümkün təhlükələri aşkar etmək üçün peyk müşahidə proqramına başlamağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, bu məqsədlə Avropanın “Copernicus” və Galileo peyk sistemlərindən istifadə imkanları genişləndiriləcək.

Yeni təşəbbüs Rusiyanın və Çinin regionda artan fəallığı fonunda Aİ-nin təhlükəsizlik imkanlarını gücləndirmək məqsədi daşıyır. Strategiyada Rusiyanın Arktikada hərbi mövcudluğunu tədricən bərpa etdiyi, Çinin isə Moskva ilə əməkdaşlığını dərinləşdirdiyi qeyd olunur.

Bundan əlavə, Aİ kritik rəqəmsal xidmətlərin fəaliyyətini təmin edən sualtı kabellərin qorunması üçün “Arktika kabel mərkəzi” yaratmağı planlaşdırır.

Bundan başqa Arktikada gəmiçilik intensivliyinin artmasının qəza, ətraf mühitin çirklənməsi və hibrid müdaxilə risklərini yüksəltdiyi vurğulanır.

Aİ, həmçinin regionla bağlı müntəzəm sammitlər keçirməyi və yerli tərəfdaşlarla birgə maliyyələşdirilən layihələr həyata keçirməyi nəzərdə tutur. Yeni strategiyanın yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR