Avropa İttifaqı gələn ildən etibarən Kosovo ilə vizasız rejim tətbiq edəcək.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının daxili işlər, miqrasiya və daxili təhlükəsizlik məsələləri üzrə sözçüsü Anitta Hipper bildirib.
Hipper qeyd edib ki, Kosovo regionunun 5 Avropa ölkəsi tərəfindən tanınmamasına baxmayaraq vizasız rejim tətbiq ediləcək:
“Kosovo ilə vizasız rejim 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək”, - deyə o əlavə edib.