Bank Of Baku

Aİ İsraildə məhkəmə islahatına münasibət bildirib

Aİ İsraildə məhkəmə islahatına münasibət bildirib
# 26 iyul 2023 18:02 (UTC +04:00)

Avropa İttifaqı İsraildə məhkəmə islahatına münasibət bildirib.

APA xəbər verir ki, bununla bağlı Aİ-nin Xarici Fəaliyyət Xidməti İdarəsinin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Avropa İttifaqı İsraildə məhkəmə islahatları ilə bağlı baş verənləri diqqətlə və narahatlıqla izləyir.

“Aİ-İsrail münasibətləri ortaq dəyərlərə, qanunun aliliyinə əsaslanır, burada müstəqil məhkəmə sistemi effektiv nəzarət və tarazlığı təmin etmək üçün vacib elementdir. Məhkəmə-hüquq islahatı və onun əhatə dairəsi ilə bağlı konkret tənzimləmələr israillilər tərəfindən həll olunsa da, tərəfdaşlığımızın əsaslandığı əsas dəyərlərin qorunub saxlanması vacibdir. Avropa İttifaqı İsrail hökumətini geniş konsensus axtarmağa davam etməyə və əhatəli bir prosesi hədəfləməyə çağırır. İsrail vətəndaşları və siyasi partiyalar üçün məqbul olan kompromis əldə etmək vacibdir. Davam edən debatlar və nümayişlər İsrail əhalisinin əhəmiyyətli hissəsinin islahatlardan narahat olduğuna və İsrailin canlı demokratiya olduğuna işarədir”, - bəyanatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR