Bank Of Baku

Aİ-nin Ermənistandakı səfiri postuna yeni namizəd irəli sürülüb

Maraqos Vassilis

© APA | Maraqos Vassilis

# 20 aprel 2023 13:42 (UTC +04:00)

Avropa İttifaqının Ermənistandakı Nümayəndəliyinin rəhbəri postuna yeni namizəd irəli sürülüb.

APA xəbər verir ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell tərəfindən Maraqos Vassilisin namizədliyi Aİ-nin Ermənistandakı səfiri vəzifəsinə irəli sürülüb.

Qeyd edək ki, Maraqos hazırda Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bosniya və Herseqovina, Kosovo üzrə bölməsinin rəhbəridir. O, əvvəllər həmin Baş Direktorluqda Ermənistan, Azərbaycan, Belarus və Şərq Tərəfdaşlığı üzrə bölmə rəhbəri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR