Bank Of Baku

Aİ-nin Ukraynadakı səfiri dəyişib

Aİ-nin Ukraynadakı səfiri dəyişib
# 20 aprel 2023 10:41 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ukraynadakı səfirini dəyişdirmək niyyətindədir.

APA “Politico”ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin daxili sənədlərində qeyd olunub.

Bildirilib ki, Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə üzrə Danışıqlar Departamentinin baş direktorunun müavini Katarina Maternova Aİ-nin Kiyevdəki səfiri vəzifəsini qəbul edəcək.

Maternova özü də yeni təyinatı ilə bağlı məlumatı təsdiqləyib: “Təşəkkür edirəm! Bu, mənim üçün böyük mükafatdır. Birlikdə işləməyi səbirsizliklə gözləyirəm”, - Maternova “Twitter”də yazıb.

Qeyd edək ki, Slovakiyadan olan Katarina Maternova Avropa Komissiyasında Ukraynaya dəstək qrupunun rəhbəri vəzifəsini icra edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR