Bank Of Baku

Aİ Rusiyaya qarşı 11-ci sanksiyalar paketini rəsmən təsdiqləyib

Aİ Rusiyaya qarşı 11-ci sanksiyalar paketini rəsmən təsdiqləyib
# 23 iyun 2023 12:54 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyalar paketini rəsmən təsdiqləyib.

APA xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının rəsmi saytında dərc edilib.

Qeyd olunub ki, yeni sanksiyalar paketi Rusiya təkrar ixracının qarşısını almaq üçün bir sıra mal və texnologiyaların üçüncü ölkələrə ixracına qadağa qoyulmasını nəzərdə tutan mexanizm tətbiq edib.

Rusiya ərazisindən tranzit yolu ilə keçirilməsi qadağan edilən mal və texnologiyaların siyahısı da genişləndirilib, KİV-ə qarşı yeni sanksiyalar, o cümlədən əlavə beş kanalın yayımına qadağa qoyulub.

Bundan başqa, Rusiyaya təzə və işlənmiş lüks avtomobillərin, eləcə də bütün elektrik və hibrid avtomobillərin ixracına qoyulan qadağalar genişləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR