Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 11-ci raundu tətbiq etməyə hazırlaşır.
APA xəbər verir ki, bu barədə maliyyə xidmətləri, maliyyə sabitliyi və kapital bazarları üzrə avrokomissarı Mairead Mak Ginnes CNBC telekanalına müsahibəsində bildirib.
“Avropa 10 sanksiya paketi təqdim edib. Daha biri də olacaq”, - deyə o bildirib.
O əlavə edib ki, növbəti sanksiyalar paketi məhdudlaşdırıcı tədbirlərdən yayınma cəhdləri ilə mübarizəyə yönəldiləcək.
Mairead Mak Ginnes bildirib ki, Aİ Rusiyanın sanksiyalardan yayınması üçün heç bir yol olmadığına əmin olmalıdır.
xatırladaq ki, Aprelin 12-də Kanada 14 rusiyalı, həmçinin 34 təşkilata qarşı sanksiya tətbiq edib.