Aİ Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini rəsmən təsdiqləyib

Aİ Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini rəsmən təsdiqləyib
# 23 fevral 2024 13:36 (UTC +04:00)

Avropa İttifaqı Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini rəsmən təsdiqəyib.

APA xəbər verir ki, Aİ Şurası Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərdən məsul olan daha 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.

Ümumilikdə, Aİ-nin Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə dair məhdudlaşdırıcı tədbirləri hazırda ümumilikdə 2000-dən çox fiziki və hüquqi şəxsə şamil edilir.

Yeni sanksiyalar siyahısının Şimali Koreyadan silah tədarükündə iştirak edənlər də daxil olmaqla əsasən hərbi, müdafiə sektorlarını və əlaqəli şəxsləri, həmçinin ukraynalı uşaqların qanunsuz deportasiyası və hərbi “maarifləndirilməsində” iştirak edən ədliyyə sistemi üzvləri, lokal siyasətçilər və individualları əhatə etdiyi bildirilib.

Şura Rusiyanın hərbi və sənaye kompleksinə birbaşa dəstək göstərən 27 qurumu da sanksiyalar siyahısına əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR