Bank Of Baku

Aİ Şurası Ukrayna məhsulları ilə bağlı ticarət liberallaşdırılmasını daha bir il uzadıb

Aİ Şurası Ukrayna məhsulları ilə bağlı ticarət liberallaşdırılmasını daha bir il uzadıb
# 25 may 2023 15:22 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurası Ukraynanın Aİ-yə ixracına dair bütün gömrük rüsumlarının, kvotaların və ticarət müdafiəsi tədbirlərinin dayandırılmasını daha bir il müddətinə - 2024-cü ilin iyun ayına qədər yeniləyən Nizamnaməni qəbul edib.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu tədbirləri yeniləməklə Aİ hələ də Rusiyanın əsassız hərbi təcavüzü ilə üzləşən Ukraynaya sarsılmaz siyasi və iqtisadi dəstəyini nümayiş etdirməyə davam edir.

Bu qərarla əlaqədar Ukrayna Prezidenti Vladimir Zelenski Aİ-yə təşəkkür edib. Bununla bağlı Zelenski "Twitter" hesabında paylaşım edib.

"Aİ Şurasının Ukrayna məhsulları üçün müvəqqəti ticarət liberallaşdırılmasının daha bir il uzadılması ilə bağlı bugünkü qərarını alqışlayıram. Rüsumların və kvotaların tam ləğvi 2024-cü ilin iyun ayına qədər uzadılıb. Biz Aİ-yə doğru irəlilədikcə, bu müvəqqəti liberallaşma heç bir istisna və məhdudiyyət olmadan daimi xarakter almalıdır. Bizi Aİ-yə üzv olmağa daha da yaxınlaşdıran dəstəyə görə bütün Aİ üzvlərinə minnətdaram", - Zelenski paylaşımında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR