Avropa İttifaqı Şurası Prezidentin sözçüsü Barend Leytsin vəzifəsindən ayrılacağı ilə bağlı xəbəri təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Barend Leytsi Yekaterina Kasinj əvəz edəcək. Xanım Kasinj Avropa Parlamentində Strategiya və Kommunikasiyalar üzrə Baş məsləhətçi vəzifəsində çalışıb. Hazırda o, Moldova Prezidentinin Maya Sandunun Nazirlər Kabinetinin rəhbəridir və avqustda Prezident Şarl Mişelin sözçüsü vəzifəsinə başlayacaq.
***
17:22
Avropa İttifaqı (Aİ) Şurasının Prezidentinin mətbuat katibi Barend Leyts postundan gedir.
APA "Politico"ya istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Aİ diplomatı məlumat verib.
Mənbə bildirib ki, Leyts onun postuna yeni namizəd təyin olunan kimi Belçikanın Baş naziri Aleksander De Kroo kommunikasiya direktoru olmaq üçün Aİ-dən ayrılacaq.
Keçmiş jurnalist Leyts 2014-cü ilin oktyabrında Şarl Mişel hələ Belçikanın Baş naziri olarkən onun sözçüsü olub. Leyts daha sonra 2019-cu ilin dekabrında Şarl Mişel Aİ Şurasına rəhbərliyə gəldikdən sonra onun mətbuat katibi olub.