Bank Of Baku

Aİ Ukrayna üçün daha 1,5 mlrd. avro maliyyə yardımı ayırıb

Aİ Ukrayna üçün daha 1,5 mlrd. avro maliyyə yardımı ayırıb
# 25 iyul 2023 14:41 (UTC +04:00)

Avropa İttifaqı Ukrayna üçün növbəti maliyyə yardımını təqdim edib.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter" hesabında bildirib.
"Mən Rusiyanın Ukraynanın taxıl anbarı və ixrac infrastrukturuna zərbələrini qətiyyətlə pisləyirəm. Rusiya amansız müharibəsini davam etdirdiyi bir zamanda biz də Ukraynanı dəstəkləməyə davam edirik.
Bu gün biz dövlət xərclərinə və infrastrukturun təmirinə kömək etmək üçün daha 1,5 milyard avro ödədik", - Ursula von der Leyen paylaşımında bildirib.
O əlavə edib ki, Aİ Ukraynaya yardım etməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR