Bank Of Baku

Aİ Ukraynaya yardım fondunun həcmini 3,5 milyard avro artırıb

Aİ Ukraynaya yardım fondunun həcmini 3,5 milyard avro artırıb
# 26 iyun 2023 20:59 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ukraynaya yardım fondunun həcminin 3,5 milyard avro artırılması barədə razılığa gəlib.

APA Reuters agentliyinə istinadən xəbər verir ki, ittifaq ölkələri bu gün Ukraynaya hərbi yardım üçün istifadə edilən fondun maksimum həcminin 12 milyard avroya çatdırılması qərarını qəbul ediblər.

Aİ ölkələrinin öz iqtisadiyyatlarının həcminə görə töhfə verdiyi Avropa Sülh Fondu tərəfindən artıq 4,6 milyard avro hərbi yardım şəklində Ukraynaya ayırıldığı bildirilib.

Fond hərbi əməliyyatların maliyyələşdirilməsinin qadağan edildiyi Aİ büdcəsindən kənar fəaliyyət göstərir.

“Bugünkü qərar bizim tərəfdaşlarımızın silahlı qüvvələri üçün konkret hərbi yardımların çatdırılmasının davam etdirilməsinin maliyyələşdirilməsini təmin edəcək”, - deyə Aİ-nin baş diplomatı Cozep Borel deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR