Bank Of Baku

Aİ XİN rəhbərləri Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasını müzakirə edəcək

Aİ XİN rəhbərləri Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasını müzakirə edəcək
# 24 yanvar 2025 16:29 (UTC +04:00)

Yanvarın 27-si Aİ xarici işlər nazirlərinin görüşü zamanı Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması müzakirə ediləcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaya Kallas Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Aİ sanksiyaların yumşaldılması məsələsində "yol xəritəsi" təklif edir. Kallasın sözlərinə görə, Aİ tərəfindən bu istiqamətdə ilk qərarlar yanvarın 27-də veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR