Bank Of Baku

Aİ XİN rəhbərləri Ukraynaya hərbi yardımın genişləndirilməsini təsdiqləyəcəklər

Aİ XİN rəhbərləri Ukraynaya hərbi yardımın genişləndirilməsini təsdiqləyəcəklər
# 26 iyun 2023 11:13 (UTC +04:00)

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Ukraynaya hərbi yardımın 3,5 milyard avro genişləndirilməsini təsdiqləyəcəklər.

APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cosep Borrell Aİ xarici işlər nazirlərinin bu gün keçirilən iclasından öncə jurnalistlərə bildirib.

Borrell hesab edir ki, bu yardımın genişləndirilməsi hazırda həmişəkindən daha vacibdir, çünki onun fikrincə, Rusiyada baş vermiş son hadisələr ("Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin başçılığı altında baş vermiş hərbi qiyam – red.) ölkənin gücünü azaldır və onun siyasi sisteminə təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR