Bank Of Baku

AİHM Saakaşvilinin Ukraynaya qarşı iddiasını təmin etməyib

AİHM Saakaşvilinin Ukraynaya qarşı iddiasını təmin etməyib
# 30 iyun 2023 01:56 (UTC +04:00)

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Mixail Saakaşvilinin Ukraynaya qarşı onun vətəndaşlığından məhrum edilməsinə dair iddiasını təmin etməyib.

APA-nın xəbərinə görə, bu barədə qurumun saytında məlumat verilib.

“AİHM “Saakaşvili Ukraynaya qarşı” (ərizə № 8113/18) işi üzrə qərarında yekdilliklə ərizəni qəbuledilməz elan edib”, - məhkəmədən bildirilib. Qərar qətidir.

Gürcüstanın keçmiş prezidenti iki il Ukrayna vətəndaşı olub: 2015-ci ildən 2017-ci ilə qədər. 2018-ci ildə o, Ukraynadan qovulub, lakin sonradan Ukrayna prezidenti Vladimir Zelenski ona yenidən vətəndaşlıq verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR