Bank Of Baku

"Airbus" ilk dəfə olaraq Çin istehsalı olan təyyarələri Avropaya satıb

"Airbus" ilk dəfə olaraq Çin istehsalı olan təyyarələri Avropaya satıb
# 28 iyun 2023 08:44 (UTC +04:00)

Dünyanın aparıcı təyyarə istehsalçısı olan "Airbus" ilk dəfə olaraq Çində istehsal olunan təyyarəni Avropa şirkətinə satıb.

APA xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Satılan "A321neo" təyyarəsi, Çinin şimalındakı Tianjin şəhərinin mərkəzindəki zavodda yığılıb.

Təyyarə Mərkəzi və Şərqi Avropanın ən böyük aşağı büdcəli aviadaşıyıcılarından biri olan Macarıstanın "Wizz Air" şirkətinə satılıb.

Gələcəkdə şirkətin Çində yığılmış təyyarələrin alınması üçün sifarişlərinin sayının artacağı gözlənilir.

"A321neo" "Airbus A320" ailəsinin ən böyük təyyarəsidir.

O, 244 sərnişin tutumuna malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR