Bank Of Baku

Almaniya, ABŞ, Fransa və Böyük Britaniya Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətləri qaldırıb

Almaniya kansleri Fridrix Merz

© APA | Almaniya kansleri Fridrix Merz

# 26 may 2025 15:59 (UTC +04:00)

Almaniya, ABŞ, Fransa və Böyük Britaniya Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətləri qaldırıb.

APA xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.

Onun sözlərinə görə, Berlin və onun müttəfiqləri tərəfindən Kiyevə verilən silahların çeşidinə artıq heç bir məhdudiyyət yoxdur: "Artıq Ukraynaya verilən silahların çeşidinə heç bir məhdudiyyət yoxdur - nə ingilislər, nə fransızlar, nə də biz. Amerika tərəfində də heç bir məhdudiyyət yoxdur".

Merz deyib ki, Berlin artıq Ukraynaya verilən uzaqmənzilli silahları məhdudlaşdırmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR