“Almaniya, Fransa və Polşa Minsk razılaşmalarının həyata keçirilməsində “Normand dördlüyü” formatını dəstəkləyir”.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə 3 ölkə lideri bəyanat yayıb.
Almaniya, Fransa və Polşa liderləri Ukraynaya qarşı təcavüzün Rusiyaya baha başa gələ biləcəyini deyib.
Bəyanatda o da vurğulanıb ki, NATO Ukrayna ilə bağlı vəziyyətdə müdafiə strategiyasını gücləndirməlidir.