Bank Of Baku

Almaniya hazırda Fələstin dövlətini tanımağı planlaşdırmır

Almaniya hazırda Fələstin dövlətini tanımağı planlaşdırmır
# 22 avqust 2025 15:01 (UTC +04:00)

Almaniya Fələstin dövlətini tanımağı planlaşdırmır.

APA xəbər verir ki, bu barədə Almaniya hökuməti bəyanat verib.

Bildirilib ki, Fələstinin tanınması ikidövlətli həll yoluna nail olmağa mane ola bilər.

“Danışıqlar prosesi ilə əldə olunan ikidövlətli həll yolu bizim məqsədimiz olaraq qalır, hətta bu gün bu çox uzaq ehtimal görünsə belə. Fələstinin tanınması danışıqlar prosesinin sonunda gəlməlidir və belə qərarların indi verilməsi qeyri-konstruktivdir” bəyanatda bildirilib.

Qeyd edək ki, Avstraliya, Böyük Britaniya, Fransa və Kanada kimi ölkələr sentyabr ayında BMT-nin Baş Assambleyasının iclasında Fələstini rəsmən tanıyacaqlarını elan ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR