Bank Of Baku

Rütte: NATO Ukraynaya silah tədarükü üçün nəzərdə tutulan məbləği tam toplaya bilməyib

NATO-nun baş katibi Mark Rütte

© APA | NATO-nun baş katibi Mark Rütte

# 18 noyabr 2026 02:20 (UTC +04:00)

NATO Ukraynaya hərbi yardım üçün nəzərdə tutulan illik maliyyə hədəflərini hələ tam yerinə yetirməyib.

APA xəbər verir ki, bunu alyansın baş katibi Mark Rütte Brüsseldə Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, NATO-nun Ukraynaya 70 milyard dollarlıq hərbi yardım göstərmək hədəfinin reallaşdırılması üçün hələ bir neçə milyard dollar çatışmır.

“70 milyard dollar böyük hədəfdir. Bəli, NATO-nun hələ bir neçə milyard dolları çatışmır”, – Rütte deyib.

Baş katib ilin sonunadək çatışmayan vəsaitin tapılacağına ehtiyatlı nikbinliklə yanaşdığını bildirib.

O, həmçinin Avropa ölkələrinin ABŞ-dan Ukrayna üçün 12–15 milyard dollarlıq silah almasını nəzərdə tutan PURL təşəbbüsünə toxunub.

Rüttenin sözlərinə görə, NATO ölkələri artıq bu proqram çərçivəsində ABŞ istehsalı olan silahların alınması üçün 10 milyard dollardan çox vəsait ayırıblar.

Baş katib qeyd edib ki, PURL üzrə əvvəl müəyyənləşdirilmiş məbləğlər təxmini göstəricilər olub və yekun ehtiyac daha az ola bilər.

Bununla yanaşı, Rütte alyans daxilində maliyyə yükünün daha ədalətli bölüşdürülməsinə çağırıb.

Onun sözlərinə görə, Ukraynaya hərbi yardım xərclərinin əsas hissəsini hələ də məhdud sayda NATO ölkəsi qarşılayır.

Baş katib maliyyə öhdəliklərini kifayət qədər yerinə yetirməyən müttəfiqlərlə bu məsələni Berlində keçiriləcək “İstəklilər koalisiyası”nın görüşündə yenidən müzakirə edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR