Almaniya İsveçrənin Ukraynaya döyüş sursatı göndərilməsinə icazə verəcəyinə ümid edir.
APA xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts İsveçrə Prezidenti Alain Bersetlə görüşünə dair keçirilən mətbuat konfransında deyib.
“Almaniya İsveçrədə istehsal olunan sursatların Ukraynaya göndərilməsinə dair İsveçrə tərəfinin icazə verməsi üçün danışıqlarda irəliləyişə ümid edir”, - deyə Şolts bildirib.
Qeyd edək ki, bu gün Berlində Almaniya kansleri Olaf Şolts və İsveçrə Prezidenti Alain Berset arasında Berlində görüş baş tutub.
Görüşdə ikitərəfli münasibətlər, iqtisadi-siyasi məsələlər və Avropadakı mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub, həmçinin Rusiya-Ukrayna münaqişəsinin gündəmdə əsas yer tutduğu da qeyd olunub.