Paşha Bank
Bank Of Baku

Almaniya Rusiya millisinin 2027-ci il hokkey üzrə dünya çempionatında iştirakına mane ola bilər

Almaniya Rusiya millisinin 2027-ci il hokkey üzrə dünya çempionatında iştirakına mane ola bilər
# 25 noyabr 2026 04:34 (UTC +04:00)

Almaniya Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 22-ci sanksiya paketindən istifadə edərək Rusiya millisinin 2027-ci ildə keçiriləcək hokkey üzrə dünya çempionatında iştirakına mane ola bilər.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Noyabrın 23-də Avropa Komissiyası Rusiya idmançılarının Aİ ölkələrində yarışlara buraxılmamasını, ölkənin rəsmi simvollarının nümayişinə qadağa qoyulmasını təklif edib.

Agentliyin məlumatına görə, bu məhdudiyyətlər Almaniyaya rusiyalı idmançılara viza verməmək üçün əlavə əsaslar yarada bilər.

Qeyd edək ki, 2027-ci il dünya çempionatı mayın 14-dən 30-dək Almaniyada keçiriləcək. İdman Arbitraj Məhkəməsi oktyabrın 30-da Beynəlxalq Buzüstü Xokkey Federasiyasını Rusiya yığmalarını beynəlxalq yarışlara buraxmağa məcbur edib. Bununla belə, Almaniya rəsmiləri Rusiya millisinin çempionatda iştirakına qarşı təzyiq göstərəcəklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR