"Almaniya kansleri Olaf Şolz deyib ki, onun ölkəsi Ukraynanı öldürücü silahlarla təmin etmək niyyətində deyil".
APA xəbər verir ki, kansler bu barədə Amerika Birləşmiş Ştatlarına səfər öncəsi ARD telekanalının efirində bildirib.
"Almaniya hökumətinin çox aydın kursu var: biz böhranlı bölgələrə, həmçinin, Ukraynaya öldürücü silahlar tədarük etmirik”, - deyə Olaf Şolz bildirib.