Almaniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri üçün əlavə raketlər göndərəcək.
APA xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius NATO müdafiə nazirlərinin görüşü çərçivəsində jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı əks-hücumunu davam etdirmək və gücləndirmək üçün bu addım atılacaq.