Polşa Dövlət Tribunalının üzvü Yatsek Mayxrovski ölkədə dövlət çevrilişinin baş verdiyini açıqlayıb.
APA xəbər verir ki, o, Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən mitinqdə çıxışı zamanı vətəndaşları baş verdiyini iddia etdiyi dövlət çevrilişinə qarşı çıxmağa çağırıb.
Qeyd edək ki, bundan əvvəl etirazçılar Polşa Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alıb, polis isə binanın ətrafında müdafiə mövqeyi tutub.
Polşa Prezidenti Karol Navrotski Seneqala səfəri zamanı baş verən hadisələrə görə təyyarənin geri dönməsi barədə göstəriş verərək Varşavaya qayıdıb.
Müxalifət lideri Yaroslav Kaçinski isə baş verənləri ölkədə davam edən dövlət çevrilişi prosesinin növbəti mərhələsi adlandırıb.