Bank Of Baku

Almaniya vətəndaşlarını Sudandan təxliyə etməyə başlayır

Almaniya vətəndaşlarını Sudandan təxliyə etməyə başlayır
# 23 aprel 2023 18:48 (UTC +04:00)

Almaniya hökuməti Almaniya vətəndaşlarının Sudandan çıxarılması üçün əməliyyata başlayıb.

APA xəbər verir ki, bu barədə bazar günü Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Məqsədimiz bu təhlükəli şəraitdə mümkün qədər çox alman vətəndaşını təxliyə etməkdir", - nazirlik bildirib.

Alman hərbi qulluqçuları digər Aİ ölkələrinin vətəndaşlarını da “mümkün qədər” gəmiyə götürə biləcəklər.

Qeyd edək ki, çərşənbə günü Der Spiegel jurnalı Bundesverin (Almaniya Silahlı Qüvvələri) Almaniya Hərbi Hava Qüvvələrinin üç Airbus A400M nəqliyyat təyyarəsi ilə alman vətəndaşlarını Sudandan çıxarmaq planları haqqında məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR