Bank Of Baku

Almaniya XİN rəhbəri Ukrayna taxılının ixracı üçün yeni plan açıqlayıb

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel və Almaniya XİN rəhbəri Annalena Berbok Aİ-nin Xarici İşlər Şurasının iclasında iştirak edir (Foto - DPA)

© APA | Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel və Almaniya XİN rəhbəri Annalena Berbok Aİ-nin Xarici İşlər Şurasının iclasında iştirak edir (Foto - DPA)

# 20 iyul 2023 16:25 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın Taxıl Sazişindən imtina etməsindən sonra Ukrayna taxılının ixracı üçün beynəlxalq səyləri gücləndirmək planlarını açıqlayıb.

APA DPA agentliyinə istinadən xəbər verir ki, Berbok, taxılın "gələcək həftələrdə siloslarda çürüməməsi" və təcili olaraq ehtiyacı olan insanlara çatması üçün dəmir yolu ilə ölkədən daha çox ixracatı nəql etmək variantını ortaya qoyub.

Rusiyanın Ukraynanın liman şəhəri Odessaya hücumlarını pisləyən Berbok Rusiya Prezidenti Vladimir Putinin Qara dənizdəki ticarət gəmilərini təhdid etməsinin “beynəlxalq nizama hücum” olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR